!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artistdən “ucuz təklif”lərə SƏRT REAKSİYA: “Bizə reklam yox, dolanmaq üçün pul lazımdır”

!Reklam – Yazi

“Nə gəldi, necə gəldi, hər filmə, seriala çəkilmək mərhələsini çoxdan adlamışıq”.

Bu fikirləri Əməkdar artist Nahidə Orucova Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa serial və filmlərə daha çox qeyri-peşəkarların çəkildiyini, professional və istedadlı insanların kənarda qaldığını təəssüflə bildirib:

“Mən bunu hər zaman və hər yerdə də deyirəm: bu gün peşəkar aktyorlara baxan yoxdur. Artıq müəyyən yaşa və təcrübəyə çatmışıq. Bizim reklama ehtiyacımız yoxdur ki, nə gəldi, necə gəldi, hər filmə, seriala çəkilək. O mərhələni çoxdan adlamışıq. Bizə dolanmaq üçün pul lazımdır.

İllərdir ki, səhnədəyik və bu peşəkarlığı çoxdan qazanmışıq. Lazımi səviyyədə öz sözümüzü də demişik, istedadımızı da nümayiş etdirmişik. Cavanlar özlərini gündəmə gətirmək, reklam olunmaq üçün çəkilirlər. Buna görə də çəkilən bütün seriallar, filmlər hamısı keyfiyyətsizdir, ortaya səviyyəli bir iş çıxmır.

Çox istərdim ki, peşəkar və istedadlı aktyorları, aktrisaları bir araya cəm edib, mükəmməl bir serial, yaxud da film ortaya çıxarsınlar. Amma heyflər olsun ki, gözləsək də, bu, baş vermir”.

Cəvahir

www.yenicag.az

284
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv