!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Qarabağ FC

Əməkdar artistdən ÜZÜCÜ XƏBƏR: “Bir ay yaşaya, ya yaşamaya…” - Xanımından AÇIQLAMA

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Əməkdar artist Novruz Qartalın vəziyyəti ağırdır. Xərçəng xəstəliyi aşkarlanan aktyor təcili əməliyyat oulnub.

Yenicag.az-a açıqlama verən həyat yoldaşı Zərqələm Əliyeva aktyorun danışa bilmədiyini bildirib:

“Heç bilmirdik onda bu xəstəlik var. Qarnında ağrıları olurdu, həkimə apardıq, göndərdilər Onkoloji xəstəxanaya. Təcili əməliyyat etdilər, gördülər ki, bağırsaqda şiş var. Şiş bütün orqanlara yayılıb. Reanimasiyadan keçiriblər palataya. Vəziyyəti ağırdır. Danışa da bilmir. Həkimlər deyir, bu xəstəlik belədir ki, əvvəlcə hiss olunmur, sonra özünü büruzə verir. On gün xəstəxanada qalacaq. Həkimlər ümidverici heç nə demir. Deyirlər nə yaşayar, yaşayar; bir ay, iki ay… Allah bilir. Onsuz da bu xəsətəliyin axırı yoxdur”.

Cəvahir

www.yenicag.az

296
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100