!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artistin adından yaxınları ŞANTAJ OLUNUR - FOTOLAR

!Reklam – Yazi

Tanınmış rejissor və aktyor, Əməkdar artist Sərvər Əliyevin “İnstagram” hesabı oğurlanıb.

Yenicag.az-a açıqlama verən aktyor bir türk vətəndaşı tərəfindən profilinin oğurlandığını bildirib:

“Türk vətəndaşı tərəfindən oğurlanıb. Əvvəl bilmirdim, dostlarım mənə yazdı ki, bəs, sənin adından bizə mesajlar gəlir, şantaj olunuruq və s.

Həmin şəxs mənim adımdan dostlarımı şantaj edir. Dostluğumda olan bir qadına yazıblar ki, bizdə qeyri-etik fotoların var, onları paylaşacağıq. Axmaq-axmaq, mənə yaraşmayan qeyri-etik fikirlər yazır.

Bir neçə dəfə dostlarıma yazdım ki, o profili şikayət etsinlər. Çünki mən özüm o profilə daxil ola bilmirəm. Dedilər, bir neçə dəfə şikayət olunsa, “İnstagram” özü həmin səhifəni bağlayacaq.

Mən şou adamı deyiləm, niyə mənə qarşı bu addım atılıb? Özüm profilimə daxil ola bilmirəm. Türkiyədə yaşayan dostlarım sağ olsunlar, məni məlumtlandırıblar, onlara göndərilən o mesajların da fotolarını çəkib atıblar mənə”.

Fotoları təqdim edirik:

Cəvahir

www.yenicag.az

536
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv