!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artistin başına İŞ GƏLDİ: “O vəziyyətdə səhnəyə çıxdım” - FOTOLAR

!Reklam – Yazi

“Əlim sarıqlı vəziyyətdə səhnəyə çıxdım. Sənətə olan sevgim güc gəldiyindən həmin an bütün ağrılarım sanki yoxa çıxdı. Tamaşa bitəndən sonra evə gəldim, dəhşətli ağrılara dözə bilmədiyim üçün ağrıkəsici vurdurmaq məcburiyyətində qaldım…”

Bu sözləri Akademik Musiqili Teatrın aktrisası, Əməkdar artist Nahidə Orucova Yenicag.az-a açıqlamasında deyib. Aktrisa tamaşa öncəsi zədə aldığından elə o vəziyyətdə də səhnəyə çıxıb:

“Məşədi İbad” tamaşası zamanı qolumdan zədə aldım. Tamaşada geyindiyim çarığın şiş ucu stola ilişdi və yıxıldım. Qolumun üstə yıxıldım. Dirsəyimdə sınıq, biləyimdə çat var. İsti-isti bilmədim. Gecə evə gedəndə ağrılardan qovrulurdum. Həkimə getdim, gips qoydular. Əlim boynumdan asılı vəziyyətdə idi. Qarşıda “Lara Martin’s Jazz Club” adlı tamaşanın premyerası var idi, mənim də dublyorum yox idi. Bu ağrılarla məşqlərə gəlirdim. Dünən də premyera günü idi, səhnəyə çıxdım. Bunu hamıdan gizlətməyə çalışdım. Bilirdim ki, əlim sarıqlı vəziyyətdə mənə çətin olacaq. Amma kollektivimizi də çətin durumda qoya bilməzdim. Premyeramız günü səhnəyə çıxdım. Əlimi boynumdan çıxardım, hansı ki qəti şəkildə əlimi hərəkət etdirmək olmazdı. Amma səhnəyə olan sonsuz məhəbbətimə görə gözümə heç nə görünmədi. Çünki biz sənət adamlarını yaşadan səhnədir. İnanın, səhnədə tamaşaçılardan aldığım o enerji məni o qədər xoşbəxt etmişdi ki, aktrisa olaraq qürurluydum. Yenə zədə alsam, yenə də o ağrılarla səhnəyə çıxmaqdan imtina etmərəm. Çünki aktyor, aktrisa səhnədən kənarda sudan çıxarılan balığa bənzəyir. Hələ belə qolum şikəst vəziyyətdə yenə səhnəyə çıxacam”.

Cəvahir

www.yenicag.az

1438
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv