!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artistin formada qalmasının SİRRİ: “Bunu edin, yesəz də, kökəlməyəcəksiz”

!Reklam – Yazi

“Əvvəllər tar-kamança ilə ifa etdiyim vaxtlarda 39 kilo olurdum, heç 40 kiloya çatmırdım”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Əməkdar artist Elnarə Abdullayeva “Söhbət var” verilişində deyib.

Elnarə əvvəllər çox arıq olduğunu, sonradan çəki aldığını bildirib:

“Mən hələ indi kilo almışam, amma uzun müddət 40-42 kilo olmuşam. Ondan o tərəfə çəkim artmayıb. İndi ən pik nöqtədəyəm – 54 kiloyam.

Əvvəllər tar-kamança ilə ifa etdiyim vaxtlarda 39 kilo olurdum, heç 40 kiloya çatmırdım. Çox arıq, sısqa, balaca idim. Bütün günü məşq edirdim. O vaxtlar yeyən də deyildim. Heç sonralar da çox yeyən adam olmamışam. Pandemiya vaxtı həkimlər dedi, yeyin, kökəlin ki, immunitetiniz möhkəm olsun. Ondan sonra çəkim artdı. Yoxsa ki, 54 kilo adam olar? Heç olmasa, 48 kiloya düşmək istəyirəm.

Adam var deyir, yemirəm, arıqlamıram. Xeyr, elə deyil. İnsan özünə psixoloji təsir edəndə az yeyir və kökəlmir”.

Nehru

www.yenicag.az

193
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv