!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artistin ölüm xəbəri yayıldı

!Reklam – Yazi

Əməkdar artist, tanınmış müğənni Kəmalə Rəhimli özü haqqında yayılan şayiələrdən danışıb.

Yenicag.az-a açıqlama verən müğənni bir-neçə il əvvəl ölüm xəbərinin yayıldığını və buna görə sarsıntı keçirtdiyini dilə gətirib:

“Bu yaxınlarda Könül Xasıyevanın ölümü ilə bağlı yayılan xəbəri eşidəndə çox pis oldum. Hələ də özümə gələ bilmirəm. Allah ona şəfa versin. Vaxtilə mənim də barəmdə belə xəbər yayılmışdı. 2011-ci ildə bir nəfər yaxın adam mənə zəng elədi ki, Kəmalə xanım, sizin ölüm xəbəriniz yayılıb. Onda internetdən istifadə etmirdim, virtual aləmdə yayılan xəbərlərdən məlumatsız idim. Öz gözlərimlə oxudum, yazmışdılar ki, Kəmalə Rəhimli dünyasını dəyişib. Çox pis oldum, hətta sarsıntı keçirtdim. Amma sonra mənə dedilər ki, fikir vermə, öldüyünü yazmaqla ömrünü uzadıblar. Bu xəbərdən sonra demək olar ki, öldüm-dirildim. Doğrudan da dünyamı dəyişəndə heç kim inanmayacaq. Deyəcəklər, yəqin yenə yalan xəbər yayıblar”.

Cəvahir Səlimqızı
Yeniçag.az

www.yenicag.az

1096
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv