!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əməkdar jurnalist Mais Məmmədov vəfat etdi

!Reklam – Yazi

Bir müddət öncə xəstəxanaya yerləşdirilən Əməkdar jurnalist Mais Məmmədov vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə onun həmkarı Vahid Mustafayev məlumat verib.

Ağır mədəaltı vəzi xəstəliyindən əziyyət çəkən 84 yaşlı jurnalist bu gün dünyasını dəyişib.

“Əlvida müəllimim, dostum, əsl kişi və böyük AZƏRBAYCANLIM…

Bu dəqiqələrdə Mais İsmayıl oğlu Məmmədov, həyatını dəyişdi.

Nə deyim?… Bu böyüklükdə insanların ölümü günəşin batması kimidir. Bir təsəllim var – biz Mais müəllimi unutmasaq o əbədi yaşayacaq! Biz isə onu heç vaxt unutmayacağıq.

Əlvida əziz dostum, Çingiz üçüün çox darıxırdın son vaxtlar… Məndən də ona salam yetir. Allah sənə rəhmət eləsin!”, – deyə Vahid Mustafayev paylaşımında qeyd edib.

Qeyd edək ki, Mais Məmmədov 1938-ci ilin iyulun 12-də Bakıda doğulub. Müxtəlif KİV-də çalışıb, o cümlədən ANS şirkətlər qrupunun prezidentinin müşaviri olub.

www.yenicag.az

401
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv