!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əməkdar rəssam azadlığa buraxıldı - FOTO / YENİLƏNDİ 

!Reklam – Yazi

Əməkdar rəssam Rəşad Ələkbərov barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı prokurorluq orqanlarının vəsatətinə baxılıb.

Yenicag.az xəbər verir ki, bu barədə onun vəkili Adəm Məmmədov məlumat verib.
Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda vəsatət təmin olunub.

R.Ələkbərov məhkəmə zalından azadlığa buraxılıb.

***

Azərbaycanın Əməkdar rəssamı həbs edilib.

Yenicag.az xəbər verir ki, bu barədə “Report”a vəkil Adəm Məmmədov məlumat verilib.

O bildirib ki, Ələkbərov Rəşad Böyükağa oğlu prokuroluq əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Bu gün R.Ələkbərovun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R.Ələkbərov Azərbaycanın Əməkdar rəssamıdır. Onun əsərləri Azərbaycan, Türkiyə, İtaliya və Rusiyada şəxsi kolleksiyalarda saxlanılır.

www.yenicag.az

506
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv