!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əməkdar rəssam vəfat etdi

!Reklam – Yazi

Azərbaycan Respublikasının Əməkdar rəssamı Asif Azərelli dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, Asif Hüseyn oğlu Rzayev (Asif Azərelli) 19 iyul 1946-cı ildə Bərdə rayonun Uğurbəyli kəndində anadan olub.

1980-ci ildə SSRİ Rəssamlar İttifaqına üzv olub. 1983-1984-cü illərdə YUNESCO tərəfindən təşkil olunmuş beynəlxalq sərginin iştirakçısı olub. Vəfatınadək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dosent vəzifəsində çalışıb.

Əsərləri (“Şuşa”, “Kəlbəcər”, “Qarabağlı qoca”, “Belə haqsızlıq olarmı?”, “Zəngilan toyu”, “Dədə Qorqud” və s.) Fransa, Almaniya, İran, Ukrayna, Rusiya, Türkiyə və Özbəkistanda keçirilmiş sәrgilәrdә nümayiş etdirilib.

Allah rəhmət eləsin!

www.yenicag.az

485
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv