!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Emin Əmrullayev məktəblərdə pul yığılmasından danışdı

!Reklam – Yazi

Məktəblərdə pul yığılması qeyri-qanunidir.

Yenicag.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

“Hələ mən məktəbdə oxuyanda belə hallar olurdu. Bu, bizim cəmiyyətin xroniki problemidir. Azərbaycanda icbari təhsil pulsuzdur. Valideyn Müəllim Assosiasiyaları Təhsil Nazirliyinin qurumu deyil. Bu, ictimai qurumdur. Bu birliklərin yaradılması əslində faydalıdır. Ancaq qanunsuzluq varsa, valideyn ora üzv olmaya, üzvlük haqqı verməyə və iclaslarına getməyə bilər. Bu, valideynlərin idarə etdiyi bir qurumdur”, – nazir bildirib.

www.yenicag.az

502
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv