!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Emin Əmrullayevin hər saniyə "düzəliş" etdiyi PAYLAŞIMLAR: "Balaca uşaq kimi..." - RƏY

!Reklam – Yazi
Xəbər verdiyimiz kimi, təhsil naziri Emin Əmrullayevin zəlzələ ilə bağlı paylaşımı müzakirələrə səbəb olub.
Lakin bundan əlavə, onun postları ilə əlaqədar digər məsələ də üzə çıxıb. Belə ki, E.Əmrullayevin paylaşımlarında xeyli düzəlişlərə, təkrar-təkrar edilən dəyişikliklərə rast gəlinib.
Bir nazirin, üstəlik də təhsil nazirinin bu qədər səhv etməsinə nə ad vermək olar? Əgər bir təhsil naziri öz postlarını dəfələrlə silib, düzəldirsə, biz ölkənin ümumi təhsilinə necə bel bağlayaq?
Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən AĞ Partiyanın sədri Tural Abbaslı bildirib ki, hər kəs səhv edə bilər, amma təhsil naziri diqqətli olmalıdır:
“Bu adi bir vətəndaşın şəxsi səhifəsi deyil. Təhsil nazirinin “facebook” səhifəsidir. Ən azından bir nəfər işçi tuta bilər ki, paylaşımlara, sözlərə, simvollara nəzarət etsin. Dünənki zəlzələ postu da xeyli müzakirələrə səbəb olub. Belə paylaşımlarda diqqətli olmaq lazımdır. Balaca uşaq kimi yazır, silir. Bu göstərir ki, onun özünəməxsus, aydın təsəvvürü yoxdur. Sən bu paylaşımlarla nə demək istəyirsən? İctimaiyyətə nə çatdırırsan? Bir məmur kimi cəmiyyətə nə öyrədirsən?”.
Şahanə Paşa

www.yenicag.az

1146
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv