!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Emin Əmrullayevin KOMMUNİKASİYA PROBLEMİ: “Hərdən o qədər uzun danışırlar ki, yekunda...” - REAKSİYA

!Reklam – Yazi

“Yüksək post tutan bir sıra məmurlarımız olduqca sadə suala belə çox geniş, ətraflı və dəqiqələrlə davam edən cavab verməyi xoşlayırlar”.

Bu fikirləri təhsil naziri Emin Əmrullayevin ölkədə 25 yaşdan yuxarı insanların 60 faizinin öz oxuduqlarını dərk etmədiyinə dair iddiasına münasibət bildirən Siyasi Texnologiyalar Mərkəzinin (STM) prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, təhsil nazirinin məlum iradı daha çox ölkənin pedaqoji kontingentinə yönəlib:

“Öncə onu vurğulayım ki, cənab nazirin bu fikirləri işlətdiyi həmin görüşdə mən də iştirak edirdim. Dəfələrlə dediyim fikri bir daha təkrarlamaq istərdim ki, yüksək dövlət vəzifəsi daşıyan şəxslərin kommunikasiya problemi olmamalıdır və onlar hər bir suala konkret cavab verməyi bacarmalıdırlar. Ancaq bizim yüksək post tutan bir sıra məmurlarımız olduqca sadə suala belə çox geniş, ətraflı və dəqiqələrlə davam edən cavab verməyi xoşlayırlar. Bu da ona gətirib çıxarır ki, həmin məmurların fikirlərində qeyri-dəqiqlik yaranır, yaxud da uzun danışdıqları üçün başda səsləndirdikləri fikrin yekunda nəyə əsaslandığını unudurlar.

Altmış faiz məsələsinə gəldikdə isə, mən son vaxtlar ölkədə iyirmi beş yaşdan yuxarı insanların neçə faizinin öz oxuduqlarını dərk edib-edə bilmədiyini müəyyənləşdirəcək sorğunun keçirildiyinin şahidi olmamışam. Mənə belə gəlir ki, nazirin bu fikri daha çox müəllimlərə yönəlib. Əgər səsləndirilən o bilgi əsaslıdırsa, bu əlbəttə ki, utancverici haldır. Ümid edirəm ki, təhsil sahəsində aparılan islahatlar nəhayət öz bəhrəsini verəcək və qarşıdakı dönəmdə nazir bu barədə danışanda, indi altmış faizlə deyilən o xoşagəlməz göstərici ildən-ilə aşağı düşəcək”.

A.Zeynalov

www.yenicag.az

264
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv