!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əmisini həbsdən çıxarmaq istəyən “prokuror” saxlanıldı

!Reklam – Yazi

Şanlıurfada özünü Ankarada çalışan dövlət məmuru kimi təqdim edən və həbsxanadakı yaxınlarının işini sürətləndirməyə çalışan A.P adlı saxta prokuror saxlanılıb. 

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  həbsdə olan əmisi M.K.-nin prosedurlarını sürətləndirmək üçün Şanlıurfa Ədliyyəsinə gələn A.P özünü Ankara Respublika Prokuroru kimi təqdim edərək həbsxana prokuroru ilə görüş istəyib. Məmurlar tərəfindən həbsxana prokurorunun otağına aparılan A.P Şanlıurfada olmasının səbəbini prokurora izah edib.

Həbsxanada saxlanılan əmisi M.K.-nin yenidən məhkəməyə sövq edilməsi üçün prokurordan prosesin sürətləndirilməsini istəyən A.P.-nin şübhəli hərəkətlərini görən həbsxana prokuroru otağında olan şəxsdən şəxsiyyət vəsiqəsini göstərməsini istəyib. Şəxsiyyət vəsiqəsini yoxlayan həbsxana prokuroru onun Ankarada harada işlədiyini soruşub. Şübhəlinin ziddiyyətli cavablar verməsindən sonra ədliyyədəki asayiş keşikçilərinə xəbər verilib. Həbsxana prokurorluğuna gedən qruplar özünü prokuror kimi təqdim edən şəxsin göstərdiyi şəxsiyyət vəsiqəsinin saxta olduğunu müəyyən edib.

Nəzarətə alınan A.P-nin üzərindən saxta hesab edilən daha iki şəxsiyyət vəsiqəsi tapılıb. Polis bölməsindəki əməliyyatlardan sonra məhkəməyə göndərilən saxta prokuror A.P rəsmi sənədləri saxtalaşdırma cinayətinə görə növbətçi hakim tərəfindən tutularaq həbsxanaya göndərilib./unikal

www.yenicag.az

140
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv