!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əmlak bazarında ucuzlaşma gözlənilir: "İş adamları əllərindəki kapital bitəndən sonra..." - Şərh

!Reklam – Yazi

“Rusiyadakı iş adamları əllərindəki kapital bitəndən sonra Azərbaycandakı əmlaklarını satışa çıxara bilərlər”.

Bu sözləri Rusiyadakı mövcud iqtisadi vəziyyətin Azərbaycanın əmlak bazarına mümkün təsirlərini dəyərləndirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, son dövrdə ölkəmizdə mənzillərin qiymətində bahalaşma müşahidə olunsa da, Rusiya-Ukrayna gərginliyi fonunda həmyerlilərimizin Azərbaycandakı əmlaklarını satışa çıxarması gözləniləndir. Bu isə ölkəmizdə mənzillərin ucuzlaşmasına yol açacaq:

“Rusiyaya tətbiq olunan iqtisadi sanksiyalar onunla qonşu olan dövlətlərin də iqtisadiyyatını çökdürəcək. Bu gün Rusiyada bank hesablarının bağlanması, iqtisadi əlaqələrin məhdudlaşdırılması və xarici ölkələrə aviareyslərin ləğv olunması daimi əməkdaşlığı olan Azərbaycana da mənfi təsir edəcək. Təkcə Rusiyada 2.5 milyon nəfər azərbaycanlı yaşayır. Onların böyük hissəsi kiçik, orta və böyük bizneslərə sahibdirlər. Azərbaycanda əmlak alan şəxslərin bir hissəsi məhz Rusiya və xaricdə yaşayan həmvətənlərimizdir. Mövcud vəziyyətdə Rusiyada ciddi şəkildə dollar qıtlığı yaşanır. Bu fonda iş adamları əllərindəki kapital bitəndən sonra Azərbaycandakı əmlaklarını satışa çıxara bilərlər. Bu tendensiya kütləvi hal alarsa, bu halda daşınmaz əmlakların satış qiymətlərində ciddi ucuzlaşma müşahidə olunacaq”.

Gülşən Şərif

www.yenicag.az

734
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv