!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əmlak sığortasına vətəndaş marağının AZLIĞI: "Məcburi olsun" - TƏKLİF

!Reklam – Yazi

“Çıxarışı olmayan mənzillər sığorta şirkətləri tərəfindən sığortalanmır”.

Bu sözləri ölkəmizdə vətəndaşların daşınmaz əmlak sığortasına maraqlı olmamasının səbəblərinə toxunan əmlak eksperti Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, vətəndaşların öz əmlakını sığortalamağa meyilli olmamasının səbəbi məlumatsızlıqdan yaranır:

“İcbari sığortalar haqqında” Qanunun tələblərinə əsasən, 2012-ci ilin yanvar ayının 1-dən etibarən Azərbaycanda daşınmaz əmlakın icbari sığortasına başlanılıb. Daşınmaz əmlaka görə bir illik icbari sığorta haqqı Bakı şəhərində 50 manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində 40 manat, digər yaşayış məntəqələri və bölgələrdə isə 30 manatdır. Yalnız alqı-satqı zamanı bir vətəndaş evini digər vətəndaşa satırsa, notariusda məcburi icbari sığortalanır. Hər hansı bir təbii fəlakət baş verən zaman o fəlakətin qarşılığını, dəymiş zərəri dövlət ödəyir. Sığorta hadisəsi baş verdikdən sonra sığorta şirkəti əmlak sahibinə Bakı şəhərində maksimum 25 min manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində maksimum 20 min manat, digər yaşayış məntəqələri və bölgələrdə isə maksimum 15 min manat ödəyir. Sığorta şirkətlərinin qaydasına görə, sığortalanan əmlakın mütləq şəkildə mülkiyyət hüququ tanınmalı, vətəndaşa məxsus olduğu dövlət tərəfindən qəbul olunmalıdır. Çıxarışı olmayan mənzillər sığorta şirkətləri tərəfindən sığortalanmır. Sənədsiz ev faktiki olaraq sığortanın subyekti deyil. Yəni evin “kupça”sı yoxdursa, demək ki, ev də “yoxdur”. Ümumilikdə, Azərbaycanda sənədli evlərin sayı sənədsiz evlərin sayından azdır.

Vətəndaşlarda bu sahəyə marağın zəif olmasının səbəbi maarifləndirmə işlərinin olmaması ilə bağlıdır. Vətəndaşlar yüksək qiymətə əmlak alırlar, amma onu sığortalamırlar. Sığortalar mütləq şəkildə məcburi olmalıdır. Bu gün çox ciddi şəkildə artan böyük bir yaşayış fondumuz var. Hər hansı təbii fəlakət, yaxud fors-major hallar baş verərsə, artıq mənzilləri sığortalanmış vətəndaşların kompensasiyasını dövlət qurumları deyil, sığorta şirkətləri qarşılayacaq. Bunun yaxşı tərəfi ondan ibarətdir ki, dəymiş zərəri qiymətləndirən zaman vətəndaş sığorta şirkətinin hesabatı ilə razılaşmadıqda hər hansı mütəxəssisə müraciət edib dəymiş zərəri hesablatdıra bilər”.

Gülşən Şərif

www.yenicag.az

329
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv