Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ən çox nöqsanlar bu qurumlarda qeydə alınıb - SİYAHI

Reklam: Sinerji Pro

Hesablama Palatası ötən il üçün qurumlarda aparılan kənar dövlət maliyyə nəzarəti barədə yekun nəticəni açıqlayıb.

Yenicag.az “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabata istinadən xəbər verir ki, cədvələ əsasən demək olar ki, ən çox nöqsan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (30 hal) qeydə alınıb.

Nöqsan hallarının sayına görə ikinci yerdə Aqrar Xidmətlər Agentliyi (29 hal) gəlir. Üçüncü yerdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (26) qərarlaşıb.

Bildirilib ki, ötən il başa çatdırılmış 34 audit üzrə nəticələr ümumiləşdirilərək 452 halda nöqsan müəyyən edilib.

Qeyd edək ki, hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Loading...

www.yenicag.az

150
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100