!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ən gülməli ölüm hadisələri

!Reklam – Yazi

Düşünürsünüz ki, ölüm hadisəsi heç bir halda gülməli ola bilməz? Müəyyən qədər haqlısınız, lakin bu insanların ölüm hekayələri olduqca qəribədir. Ona görə də, oxuduqca üzünüzdə qeyri-ixtiyarı təbəssüm yaranacaq.

1. 1995-ci ildə ABŞ-da yaşayan bir kişi pulsuz kola almağa cəhd edir. Bu zaman maşından sıçrayan metal qablı kola kişinin başına dəyir. Bəli, təəssüf ki, əcəl “gəlirəm” demir.

2. Astrologiya elminə böyük töhfələr verən danimarkalı alim Tiço Brahenin ölüm hekayəsi olduqca maraqlıdır. Belə ki, alim yemək bitmədən süfrədən qalxmağı tərbiyəsizlik hesab etdiyi üçün dünyasını dəyişib. Belə ki, o, qatıldığı məclisi tərk edərək, ayaqyoluna getməyi özünə sığışdırmayıb. Nəticədə isə sidik kisəsi partlayıb və ölüb.

3. Argentinanın paytaxtı Buenos-Ayresdə həyat yoldaşını öldürməyə çalışan kişi “qazdığı quyuya özü düşüb”. O, əvvəlcə 23-cü mərtəbədən arvadını aşağı itələyib, daha sonra isə onun ölüb-ölmədiyini yoxlayarkən eyvandan yıxılıb və elə ordaca canını tapşırıb. İşin gülməli tərəfi isə odur ki, onun həyat yoldaşı elektrik naqillərindən tutaraq sağ qalıb.

4. 1983-cü ildə Amerikanın San-Diyeqo şəhərində oğurluq üstündə saxlanılan qadın polisləri özünü öldürməklə hədələyib. Qadının yanında heç bir kəsici alət olmadığından, əlacı kəsilib və ölənə qədər nəfəsini tutacağını söyləyib. Polislər isə təbii olaraq, onun bu təhdidinə sadəcə, gülüblər. Lakin qadın bir neçə dəqiqə ərzində qaralıb və nəfəs çatışmazlığından ölüb.

6. Yəqin ki, siyahımızın ən tragikomik ölüm hadisəsi budur. Zooparkda təmizlik aparan xidmətçi filin nəcisinin altında qalaraq ölüb.

7. Xay Rahnajet adlı iraqlı terrorçu qutunun içinə bomba qoyaraq, sui-qəsd təşkil etdiyi insanın ünvanına göndərib. Lakin kuryerə az pul verdiyi üçün, paket geri göndərilib. Terrorçu paketin içində bomba olduğunu unudaraq, onu açıb və nəticədə “booom”.

8. Həyat yoldaşına zarafat etmək istəyən Cek Fen adlı bir kişi yalandan özünü asmış kimi göstərir. Evə gələn həyat yoldaşı isə onu bu halda görərək huşunu itirir. Bu vaxt qapının yanından keçən qonşu yerə sərilmiş cütlüyü görür və onların hər ikisinin öldüyünü düşünür. Vəziyyəti oğurluq üçün əla fürsət hesab edən qadın içəri daxil olur. Cek qadının ayağına təpik atır. Oğru cəsədin canlandığını düşünür və elə oradaca qorxudan ürəyi partlayır.

9. Nyu-Yorkun mərkəzi küçələrinin birində maşın yavaşca piyadaya toxunur. Piyada heç nə olmamış kimi yerdən qalxır. Lakin kənardan keçən bir şəxs ona deyir ki, əgər qalxmasaydın sığortadan yaxşı pul qoparda bilərdin. Kişi sevincək təkrar maşının qabağına uzanır. Ancaq sürücü onu görmür və üstündən keçir.

10. Misirdə yaşayan kəndli toyuqlarından birinin Nil çayına düşdüyünü görür. Təcili çaya tullanaraq, toyuğu çıxartmağa çalışır. Amma özü burulğana düşür və oğlundan kömək istəyir. Köməyə gələn oğlu da atası ilə eyni taleyi bölüşür və çaydan çıxa bilmir. Onları xilas etməyə gələn ailənin digər üzvləri də dalğaların amansızlığına tuş gəlirlər. Nəticədə altı nəfərlik ailə üzvü Nilin sularında boğulur. Lakin çox da pis olmağa dəyməz, əsas odur toyuq xilas olur.

www.yenicag.az

5973
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv