!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Taksi qiymətləri: bizdə və dünyada - STATİSTİKA

!Reklam – Yazi

Ölkəmizdə taksi xidmətinin tarifləri ilə bağlı yaranmış ictimai ajiotaj davam edir.

Yenicag.az xəbər verir ki, jurnalistlər bu mübahisələrin fonunda ortaya maraqlı statistik göstəricilər çıxarıblar. Məlum olur ki, heç də ən ucuz taksi xidməti Azərbaycanda göstərilirmir.

Sosial şəbəkələrdə yayılmış məlumata əsasən, standart tarif üzrə 1 kilometrə görə taksi xidmətlərinin ən aşağı qiymətləri (14 fevral 2023-cü il tarixinə olan Numbeo məlumatı) Misirdə qeydə alınıb. Bu ölkədə sərnişin hər kilometrə görə taksiya 16 sent ödəyir.

İkinci yerdə Pakistan gəlir. Pakistanlılar hər kilometrə 19 sentdən keçirlər. Üçüncü yeri isə 20 sentlə Belarus tutur.

Keçmiş SSRİ ölkələrindən Ermənistan və Özbəkistan (hər biri 26 sent), eləcə də Ukrayna, Moldova və Rusiyanın sakinləri hər kilometrə 27 sent ödəməklə ilk onluğa daxildirlər.

Taksi xidmətləri Qazaxıstanda hər kilometrə görə 44 sent, Azərbaycanda isə 59 sentdir.

Xatırladaq ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev demişdi ki, heç bir ölkədə Azərbaycandakı qədər ucuz taksi xidməti yoxdur: “Bu, belə olmalıdırmı? Yox”.

Lakin nazirin bu qənaətə necə gəldiyi bəlli deyil. “Numbeo” portalına istinadən bəzi ölkələrdəki taksi xidmətinin qiymətini (1 km-ə orta qiymət) təqdim edirik:/yenisabah/

www.yenicag.az

211
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv