!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ən yüksək temperatur bu rayonlarımızda qeydə alındı - FAKTİKİ HAVA

!Reklam – Yazi

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a bildirilib ki, avqustun 17-si saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti, əsasən, yağmursuz keçib, lakin 16-da günün ikinci yarısında Böyük Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxıb, qısamüddətli yağış yağıb.

Düşən yağıntının miqdarı Şahdağ və Xaltanda 2 mm-dək olub.

Gözlənildiyi kimi, avqust ayının birinci yarısına nisbətən, artıq havanın temperaturu bir neçə dərəcə enərək Abşeron yarımadasında 33-37 dərəcə olub. Ən yüksək temperatur isə Şərur və Culfada qeydə alınıb, 40 dərəcəyədək isti olub.

www.yenicag.az

245
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv