Ən zəngin məzunları olan universitetlər

Məzunlarının 30 milyon ABŞ dollarından çox varidatı olan ali məktəblər arasında dünyada birinci yeri Harvard Universiteti tutur.

Yenicag.az xəbər verir ki, “Wealth-X” beynəlxalq məsləhətçi araşdırma qurumunun dərc etdiyi reytinqə görə, ABŞ-ın hələ 1636-cı ildə təsis edilmiş ən qədim və nüfuzlu ali təhsil ocağının məzunları arasında “fövqəlzəngin” (UHNW – Ultra High Net Worth) zümrəyə aid və məcmu varidatı 1,9 trilyon dollar olan 1830 nəfər var.

Sonrakı yerləri Kaliforniyadakı Stanford Universiteti (775 nəfər, 1,1 trilyon dollar) və Pansilvaniya Universiteti (744 nəfər, 731 milyard dollar), Kolumbiya Universiteti (516 nəfər, 621 milyard dollar), Nyu-York Universiteti (456 nəfər, 279 milyard dollar) tutur.

Bütövlükdə, reytinqdəki 20 universitetin 17-si ABŞ-da yerləşir. Qeyri-ABŞ ali məktəblərindən Kembric Universiteti (259 nəfər, 115 milyard dollar) yeddinci, Oksford Universiteti (128 nəfər, 120 milyard dollar) 13-cü, İNSEAD (174 nəfər, 107 milyard dollar) 19-cu yerdə qərarlaşıb./Report/