!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ənənəvi bal yarmarkası: Satıcı və müştərilər razıdırlarmı? – VİDEOREPORTAJ

!Reklam – Yazi

Hər il Bakıda “Gənclik” metro stansiyasının yaxınlığında bal yarmarkası təşkil edilir.

Hər bölgədən gələn arıçılar öz ballarını müştərilərə təqdim edir və əziyyətlə əldə etdikləri balı satmaq üçün can atırlar.

Builki bal yarmarkasında 250 arıçının iştirakı planlaşdırılmışdı. Qərara əsasən, bir arıçı yarmarkada maksimum 400 kq bal və 30 ədəd arı şanı satışa çıxara bilərdi.

Onu da qeyd edək ki, keyfiyyət yoxlanışının nəticələri standartlara uyğun olmayan arıçılıq məhsullarının satışına icazə verilməyib.

Yarmarkada hər bölgədən arıçı iştirak edib. Burada Quba, Qusar, Xaçmaz, İsmayıllı, Zaqatala, Şamaxı, Ağsu, Astara, Biləsuvar və digər bölgələrin balları satışa çıxarılıb.

Bu il də yarmarkada satışa çıxarılan balın qiyməti 15 manatdan 50 manata qədər olub. Təbii ki, qiymət balın keyfiyyətinə görə dəyişib. Hər balın öz qiyməti var: Dağ balı, may balı, çəmən balı, meşə balı və sair. Yarmarkanın son günü qiymətlərdə müəyyən endirimlər də tətbiq edilib.

Müsahibə almaq istədiyimiz arıçıların, demək olar, hər biri: “Əvvəlcə dadına bax, sonra müsahibə verərik”, – deyə pozitiv münasibət göstərdilər.

Yenicag.az bal yarmarkasının son günündən hazırlanan videoreportajı təqdim edir:

www.yenicag.az

1364
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv