!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Enerji bazarında qiymət BÖHRANI: "Ciddi islahatlar həyata keçirilməlidir" - MÖVQE

!Reklam – Yazi

“BVF-nin iqtisadi icmalla bağlı 2027-ci ilə qədər olan proqnozunda görünür ki, növbəti ildən etibarən Azərbaycanın iqtisadi artım tempi aşağı olacaq”.

Bunu dünayada baş verən iqtisadi proseslər fonunda ölkə iqtisadiyyatının gələcək aqibətini dəyərləndirən iqtisadçı Qubad İbadoğlu Yenicag.az-a açıqlamasında deyib.

İqtisadçı qeyd edib ki, yaxın 30 ildə iqtisadi artımın zəifləməməsi üçün ciddi islahatların həyata keçirilməsinə ehtiyac var:

“Azərbaycan ciddi dəyişikliklərin astanasındadır. Rusiya-Ukrayna müharibəsinin davam etməsi fonunda hələ ki ölkəmiz qazanır. Çünki dünya enerji bazarında qiymətlərin bahalaşması neft və qazdan ölkə iqtisadiyyatına əlavə gəlirlər gətirir və bu, maliyyə imkanlarını genişləndirir. Lakin bu artım vətəndaşların sosial rifahında müşahidə olunmur. Bütövlükdə dünyada baş verən inflyasiya və qiymət artımı cari məsələlərdir. Beynəlxalq təşkilatlar ölkə iqtisadiyyatını daha uzunmüddətli baxış bucağından qiymətləndirirlər. Bu yaxınlarda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozları açıqlandı. BVF-nin iqtisadi icmalla bağlı 2027-ci ilə qədər olan proqnozunda görünür ki, növbəti ildən etibarən Azərbaycanın iqtisadi artım tempi aşağı olacaq. Ona görə də Azərbaycan neft-qaz gəlirlərinə arxayın olmadan ciddi islahatlar həyata keçirməlidir. Çünki dünyada neft və qaza qoyulan sərmayələr getdikcə azalmaqdadır. Ola bilər ki, müəyyən müddətdən sonra neft və qaz indiki kimi qiymətli olmasın”.

Gülşən Şərif

www.yenicag.az

544
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv