!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Enerji təminatında yaranmış fasilə aradan qaldırıldı – Poylu kəndində

!Reklam – Yazi

Bu gün Ağstafa rayonunun Poylu kəndində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Məlum vəziyyətlə bağlı “Azərişıq” ASC-dən Yenicag.az-ın sorğusuna verilən məlumata görə, yaranan problem irigövdəli ağacın elektrik xəttinin üzərinə düşməsi nəticəsində baş verib.

Eyni zamanda baş verən hadisənin həmin ərazidə yerləşən yaşayış evləri üçün qəzalı vəziyyət yaratmaması üçün budaqlanma işləri həyata keçirilib. Budaqlanma işləri bitdikdən sonra enerji təminatında yaranan fasilə aradan qaldırılıb.

Qeyd edək ki, sakinlər elektrik enerjisi ilə bağlı hər hansı problemlə üzləşərsə, “199” Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərlər.
Gülşən Şərif

www.yenicag.az

588
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv