!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Epidemiya xəbəri gəmidə çaxnaşma yaratdı: Bərə batdı – 90-dan çox insan həlak oldu

!Reklam – Yazi

Mozambikin şimal sahillərində bərənin batması nəticəsində 90-dan çox insan həlak olub.

Yenicag.az xəbər verir ki, yerli mətbuatın məlumatına görə, gəmidə 130 nəfər olub. Ölənlər arasında bir neçə uşaq da var.
BBC-nin məlumatına görə, Mozambikin Nampula əyalətinin rəhbəri Ceymi Neto bildirib ki, hadisə nəticəsində 5 nəfər xilas edilib.

Axtarış-xilasetmə işləri davam edir. Onun sözlərinə görə, yayılan vəba epidemiyası ilə bağlı yalan məlumatlara görə gəmidə çaxnaşma başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2022-ci ilin sentyabrında Mozambikdə başlayan vəba epidemiyası ölkənin şimal bölgələrinə təsir etməkdə davam edir. Ümumilikdə, epidemiya başlayandan 2023-cü ilin fevral ayına qədər ölkədə 37 nəfər ölüb, 5237 şübhəli hal müəyyən edilib.

www.yenicag.az

215
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv