!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ər-Riyadla Tehranı barışdıran SUPER GÜC: “Çinin hər iki ölkə ilə qurduğu münasibətlər...” – ŞƏRH

!Reklam – Yazi

“Özünəməxsus üstünlükdən istifadə edən Pekin iki düşmən ölkəni barışdırmaq vəzifəsinin öhdəsindən gələ bildi”.

Bu fikirləri Yaxın Şərq regionunda əsas ölkələrdən sayılan Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin normallaşdırılmasına dair anlaşmanın əldə olunmasına təsir göstərən faktorlar haqda danışan politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Politoloqun fikrincə, aralarında dərin ziddiyyətlərin olduğu bu ölkələri yalnız super gücə malik ölkələrdən biri barışdıra bilərdi və belə də oldu:

“Həqiqətən də, Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin gərginləşməsinin özünəməxsus tarixi var və qarşılıqlı düşmənçiliyi dərinləşdirən amillər xeylidir. Xatırladım ki, hələ şah dönəmində İran körfəzdə mübahisəli ərazi sayılan üç adanı ələ keçirməklə, özünün hərbi üstünlüyündən yararlanmışdı.

Lakin İslam inqilabından sonra İranın Qərblə münasibətlərinin korlanması, Səudiyyə Ərəbistanının isə əksinə, ABŞ və Avropa ilə münasibətlərinin inkişafı vəziyyəti xeyli dəyişdi. İranın Qərblə əməkdaşlıq imkanlarının aradan qalxması fonunda Səudiyyə qərbli tərəfdaşlarından hərbi-texnoloji dəstək alaraq öz mövqelərini xeyli gücləndirdi.

Bu ölkələrin münasibətlərində düşmənçiliyi artıran əsas məqamlar sırasında məzhəb məsələsi də xüsusi yer tutur. Yəni Səudiyyə özünü İslam dininin, İran isə şiəliyin mərkəzi sayaraq, bir-birini sıradan çıxarmağa cəhd göstərir. Beləliklə, sadalanan səbəblərin hər birinin ayrı-ayrılıqda güclənməsi bu ölkələri az qala müharibə həddinə gətirmişdi.

O baxımdan, bu ölkələri yalnız super gücə malik ölkələrdən biri barışdıra bilərdi və belə də oldu. Həmin missiyanı öz üzərinə götürən Çin Ər-Riyadla Tehranı barışdırmağa nail oldu. Qeyd edim ki, Çin həm İran, həm də Səudiyyə neftinin əsas alıcısı hesab olunur. Belədə özünəməxsus üstünlükdən istifadə edən Pekin iki düşmən ölkəni barışdırmaq vəzifəsinin öhdəsindən gələ bildi”.

A.Zeynalov

www.yenicag.az

389
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv