!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ərbəin yürüşü İmam Hüseyn və Kərbəla şəhidlərinə olan eşqin əməli təzahürüdür” - Hacı Ağarəşid Talıbov

!Reklam – Yazi

Qarşıdan dünya müsəlmanlarının İmam Hüseyn naminə həmrəylik yürüşü olanƏrbəinyaxınlaşır.

Mövzu ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin(QMİ) Qazılar Şurasının üzvü, QMİ-nin Masallı rayonu üzrə qazısı Hacı Ağarəşid Talıbovla müsahibəni təqdim edirik:

-“Ərbəin deməkdir?

Ərbəin doğma Azərbaycan dilində qırx deməkdir. Aşuradan sonra İmam Hüseyn (ə) Kərbəlada şəhid olanlar səfər ayının 20-sinə qədər ziyarət olunmadı. İlk dəfə həmin ilin Aşurasından 40 gün keçəndən sonra İmam Hüseyn (ə) Kərbəla şəhidləri Peyğəmbərimizin (s. ə. a. s.) səhabəsi Cabir ibn Abdullah Ənsari tərəfindən ziyarət olundu. Həmin gündən etibarən hər il İmam Hüseynin (ə) Ərbəini, yəni Kərbəla şəhidlərinin ilk dəfə ziyarətinin ildönümü qeyd olunur. Aşura günü İmam Hüseynin (ə) şəhid olmasının, Ərbəin isə İmam Hüseynin (ə) ilk dəfə ziyarət olunmasının ildönümüdür.

Bu yürüşün mahiyyəti nədir?

Ümumiyyətlə, insanlar aşiq olduqlarına öz eşqlərini müxtəlif yollarla bəyan etməyi özlərinə borc bilirlər. Aşiq məşuquna öz sevdiyini aşkar etmək üçün təkcə səni sevirəm, qəlbimdə sevgin var sözləri ilə kifayətlənə bilmir. Həmin sevgini eşqi əməllə zahir etmək istəyir. Bu yürüş İmam Hüseynə (ə) Kərbəla şəhidlərinə olan eşqin əməli təzahürüdür.

Neçə ildir Ərbəin yürüşü keçirilir?

11-ci İmamımız Həsən Əsgərinin (ə) mübarək kəlamına əsasən Ərbəin ziyarəti iman əhlinin əlamətlərindən biri hesab olunur. Ona görə bu ziyarətə şövq həmişə olub. Sadəcə, milyonların iştirakı təqribən 2003-ildən sonra başlayıb.

Necə oldu Ərbəin bu qədər geniş vüsət aldı?

Ərbəin yürüşü kənar maneələr qadağalar olmadığı vaxtlarda həmişə dindarlar qatılıb. 2003-cü ildən sonra ilk dəfə İraqın Bəsrə əhalisi bu yürüşə kütləvi şəkildə başladı. Onları görən digər müsəlmanlar da bu yürüşə qatıldılar.

Harada keçirilir?

İmam Hüseyni (ə) Kərbəla şəhidlərini Ərbəində ziyarət etmək sum imamlarımız tərəfindən tövsiyə olunub. Kərbəlaya yaxın, yaxud da uzaq olmağımızdan asılı olmayaraq, həmin gün Kərbəla şəhidlərini ziyarət etmək savabdır. Ərbəin yürüşü əsasən Nəcəf şəhərindən Kərbəlaya tərəf olur. Digər şəhərlərdən Kərbəla səmtinə piyada gələnlərə rast gəlinir.

Hər il təxminən neçə müsəlman qatılır?

Rəsmi qeyri-rəsmi mənbələrin qeyd etdiyi say var. Lakin dəqiq onu deyə bilərik ki, bu yürüşə qatılan insanların sayı milyonları keçir.

Ərbəin yürüşünə zaman başlanılır?

Hicri təqvimi ilə səfər ayının 20-si Ərbəin günü kimi qeyd olunur. Təqribən Ərbəin günündən 5-10 gün qabaq bu yürüşə başlanılır.

Yürüş neçə gün davam edir?

İnsanların piyada getməsindən asılıdır, tələsmədən gedənlər əsasən üç günə çatırlar. Amma, ümumiyyətlə, təqribən on gün davam edir.

Yürüş müddətində hansı dini mərasimlər, rituallar keçirilir?

Xüsusi olaraq bu yürüşün bir əməli mərasimi yoxdur. Kimlərsə sakitcə bu yolu gedir, kimlərsə dayanıb dincələn zaman mərsiyə şeirlər oxuyur, kimlərsə söhbət edib Kərbəla hadisəsindən ümumiyyətlə, şəhidlər şəhidlik barəsində söhbətlər açır.

Günümüzdə belə bir yürüş üçün lazımdır?

-Bu yürüş insanlara şəhidə şəhidliyə verilən dəyəri aşılayır. Bütün şəhidlər yad olunur, fədakarlıq itaətin bariz nümunəsi olan Həzrəti Hüseynin (ə) bizə miras qoyduğu Kərbəla məktəbindən dərs alır. Həmin fədakarlıq o insanın sonrakı həyatında insanlığa dəyərlərə sədaqət kimi özünü göstərir.

Şəxsən özünüz qatılmısınızmı?

Mənə bu yürüşə qatılmaq bir neçə dəfə qismət olub. 2016-cı ildən 2019-cu ilə qədər dörd dəfə qatılmışam.

Yürüş daha çox ilə yadınızda qaldı?

Ərbəin yürüşü insanların bir-birinə qayğısı, diqqəti fədakarlığı ilə yadımda qalıb. Adətən, mənfəət ardınca qaçan insanlar həmin yürüşdə yalnız əta etmək barəsində düşünür. Başqasına yardımım ysin, susuza su, aca yemək verim, yorğun insana dəstək olum s. Ümumiyyətlə, orada olarkən sanki başqa bir aləmdə başqa bir dünyadasan. Mənə nəsə versinlər yox, mən kiməsə xidmət edim eşqi ilə hər yer ətirlənir. Kaş hər yerdə bu fədakarlığı görə bilək, kaş hər zaman insanlar birbirinə belə qayğı diqqət göstərsin. Qısası, orada hər kəs faydalanım yox, fayda verim həvəsi ilə hərəkət edir.

Bu il yürüşə ilk dəfə qatılacaq müsəlmanlara nələri tövsiyə edərdiniz?

Diqqətli olsunlar, həmin məkanlarda yürüyərkən İmam Hüseyni), Kərbəla şəhidlərini xüsusilə əsirlikdə qolu qandallı gedən Həzrəti Zeynəbi (ə) yad etsinlər. Onlarla bahəm bizim Vətən şəhidlərimizi xatırlayıb onlara dualar etsinlər, şəhid ailə valideynlərinə səbir diləsinlər. Yaralı qazilərimiz üçün Allahdan şəfa istəsinlər. Vətənimiz cənnət Azərbaycan üçün xoşbəxtlik səadət, həmişə qalibiyyət tərəqqi arzu etsinlər. Orada gördükləri fədakarlıq, qayğı diqqəti özləri ilə hər yerə daşısınlar.

Könül Cəfərli

www.yenicag.az

3161
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv