!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan 7 nazirlə birgə Zirvə toplantısına getdi

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.

Yenicag.az xəbər verir ki, səfərdən öncə Ərdoğan Prezident İqamətgahında Nazirlər Kabinetinin iclasını keçirib. Daha sonra o, Esenboğa Hava Limanına gedib.

Qeyd olunub ki, Türkiyə lideri Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed əl-Nehyanın dəvəti ilə Dünya Hökumətləri Zirvə toplantısında iştirak edəcək.

Ərdoğan Dubaya xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşək, milli müdafiə naziri Yaşar Gülər, səhiyyə naziri Fahrettin Koca, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır və ticarət naziri Ömər Bolat ilə gedib.

www.yenicag.az

107
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv