Ərdoğan Azərbaycan-Ermənistan sərhədində şəhid olan hərbçimizdən danışdı

“Dünən şəhid olan İbrahim qardaşımıza və ondan öncə də şəhid olmuş digər qardaşımıza Allahdan rəhmət diləyirəm”.

Yenicag.az  türk mətbutına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Bakıda keçirilən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasında deyib.

Ötən il qardaşım Əliyev “Dağlıq Qarabağ Azərbaycandır!” deyərək, fikirlərini açıq ifadə edib. Eyni məsələnin altına biz də imza atırıq”.

R. T. Ərdoğan Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkilərinin xeyirli olmasını diləyib, Prezident ilham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatları dəstəklədiklərini qeyd edib.