!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan da Macarıstana getdi

!Reklam – Yazi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Macarıstanın milli bayramı və yüngül atletika üzrə dünya çempionatı ilə bağlı tədbirlərdə iştirak etmək üçün Budapeştə səfərə gedib.

Yenicag.az xəbər verir ki, Macarıstan tərəfi ilə görüşlər zamanı bütün səviyyələrdə ikitərəfli münasibətlərin müzakirəsi, regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsinin aparılması planlaşdırılır.

Bundan əlavə, Ərdoğanın bayram və tədbirlərdə iştirak edəcək həmkarları ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də Macarıstanda səfərdədir.

www.yenicag.az

320
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv