!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan danışdı: "Məzənnə spekulyasiyası ilə qarşı-qarşıya qaldıq və..."

!Reklam – Yazi

“Ortada bu sərt eniş-çıxışlara səbəb olacaq heç bir şey yox idi”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həyata keçirilən bir sıra layihələrin açılış mərasimində səsləndirib.

Ərdoğan türk lirəsinin dəyər itirməsi fonunda siyasətçilərin “bayram etməsi”ni sərt tənqid edib:

“Məzənnə spekulyasiyası deyilən bir hadisə ilə qarşı-qarşıya qaldıq və bunu bir saat ərzində həll etdik. İnsanları təşvişə sürükləyərək bu dalğanı davamlı olaraq böyütmək üçün ortada dolaşan siyasətçi qiyafəli həvəskarları, akdemik və jurnalist qılıqlı tətikçiləri ibrətlə izlədik. Ağla, məntiqə, vicdana sığmayan hansı ssenarilərin ortaya atıldığını, hansı gizli planların, nə qaranlıq xəyalların qurulduğunu hamılıqla gördükmü? Bir yerdə bunu yaşadıqmı? Ölkəsinin və millətinin fəlakəti bahasına iqtidara gəlmə arzusunda olanların necə keflə səslərini yüksəltdiklərinə şahidlik etdik.

Bu proses boyunca çalışdıq, hazırlıq gördük, tədbirlər aldıq və iş cığırından çıxdığı zaman yeni paketimizi ictimaiyyətlə paylaşdıq. Halbuki ortada bu sərt eniş-çıxışlara səbəb olacaq heç bir şey yox idi”.

www.yenicag.az

510
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv