Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ərdoğan Ermənistanın Azərbaycana hücumunu qınadı - Çox sərt "Nuru Paşa" mesajı/VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Azərbaycanla sərhəddə Tovuz istiqamətdə atəşkəsi kobud şəkildə pozmasını qınayıb.

“HaberGlobal” xəbər verir ki, o, Türkiyənin bütün imkanları ilə dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcəyini bildirib.

Ərdoğan Ermənistanın təxribatının qarşısını alarkən şəhid olan azərbaycanlı hərbçilərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib.

O, son hücumun Dağlıq Qarabağ istiqamətində deyil, münaqişədən kənar olan Tovuz rayonu istiqamətdə həyata keçirilməsi və ağır silahlardan istifadə edilməsini diqqətə çatdırıb.

Ərdoğanın mesajında Qafqaz İslam Ordusunun Azərbaycanı xilas etməsinə də diqqət çəkilib. Belə ki, Türkiyə prezidenti “Əcdadımızın Qafqazlarda vəzifəsi nə idisə, indi də o vəzifəni icra etməkdən çəkinmərik” deyərək, Nuru Paşa komandanlığındakı Osmanlı ordusuna işarə vurub.

www.yenicag.az

886