!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan: “FETÖ ilə mübarizəmiz bitməyib”

!Reklam – Yazi

“FETÖ adlı bu şər şəbəkənin və terror təşkilatının belini qırdıq, mübarizəmiz davam edir”.

Yenicag.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu TRT Haber-ə bildirib.

Prezident Türkiyə Dövlət Şurasının (ölkənin ən yüksək inzibati məhkəməsi) FETÖ ilə əlaqəsi olan 450 hakim və prokurorun vəzifələrinə bərpa edilməsi ilə bağlı qərarını şərh edib.

“FETÖ adlı bu şər şəbəkənin və terror təşkilatının belini qırdıq.
FETÖ-nün iç üzünü üzə çıxarmağa, onlarla hər sahədə mübarizə aparmağa davam edəcəyik. Mübarizəmiz bitməyib”, – Ərdoğan deyib.

Xatırladaq ki, 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdini təşkil edən Fətullah Gülənin rəhbərlik etdiyi FETÖ hərəkatı Körfəz ölkələri, Pakistan və Türkiyənin özündə terror təşkilatı kimi tanınır.

Xuraman Etibarlı

www.yenicag.az

134
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv