!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan gərgin telefon diplomatiyası həyata keçirdi

!Reklam – Yazi

İsrail ilə Fələstin arasında davam edən gərginliyin diplomatik yollarla aradan qaldırılması istiqamətində Türkiyənin səyləri davam edir. Bu məqsədlə oktyabrın 16-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə dövlət və hökumət rəhbəri ilə telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, İran Prezidenti İbrahim Rəisi, Böyük Britaniyanın və Yunanıstanın Baş nazirləri Rişi Sunak və Kiriakos Miçotakis ilə danışıb.

Danışıqlar əsnasında Fələstin-İsrail məsələsindəki son hərbi və humanitar vəziyyət, bölgədəki gərginlik və bunun həlli istiqamətində atılacaq addımlar müzakirə olunub.

Prezident Ərdoğan İsrail ilə Fələstin arasında münaqişələrin tezliklə sona çatmasının regionda və dünya sülhün təmini baxımından vacibliyini vurğulayıb.

Türkiyənin Qəzzaya humanitar yardımların çatdırılması üçün sıx səylər göstərdiyini qeyd edən Türkiyə Prezidenti qarşılıqlı atılacaq müsbət addımların bu məsələnin qalıcı bir həllə gətirib çıxaracağını qeyd edib.

Bildirilib ki, Türkiyə regional və qlobal miqyasda son dərəcə mənfi nəticələri ola biləcək bu münaqişəli prosesə son qoymaq üçün hər cür səyləri göstərir və bu fəaliyyətini davam etdirəcək./Azertag/

www.yenicag.az

197
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv