!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan heykəlinin tikilməsinə razı olmadı - Vəsaitlə bağlı göstəriş verdi

!Reklam – Yazi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan heykəlinin tikilməsinə razılıq verməyib.

Yenicag.az xəbər verir ki, Bolu şəhərinin bələdiyyə müxalifət partiyasından olan sədri Tanju Özcan Ərdoğan prezident seçkilərində qalib gələcəyi təqdirdə, onun heykəlini tikəcəyini söyləmişdi.

Ərdoğan seçkilərdə zəfər əldə etdikdən sonra Özcan bununla bağlı prezidentdən icazə istəyib. Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin açıqlamasına görə, Ərdoğan buna razılıq verməyib və heykəl üçün xərclənəcək vəsaitlə Boludakı kasıb ailələrə yardım edilməsini məqsədəuyğun hesab etdiyini bildirib.

Özcan, öz növbəsində, Ərdoğanın istəyini yerinə yetirəcəklərini vurğulayıb.

www.yenicag.az

551
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv