!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan İrana getdi - Rəsmi səfər / FOTO

!Reklam – Yazi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrana rəsmi səfərə gedib.

Yenicag.az xəbər verir ki,  R.T.Ərdoğanı Esenboğa hava limanında vitse-prezident Fuat Oktay və Ankara qubernatoru Vasip Şahin yola salıb, paytaxtın Mehrabad Beynəlxalq Hava Limanında isə İranın rəsmi şəxsləri qarşılayıblar.

Qeyd edək ki, Türkiyə Prezidentini səfərdə milli müdafiə naziri Hulusi Akar, daxili işlər naziri Süleyman Soylu, xarici işlər naziri Mövlud Çavuşoğlu və digər rəsmi şəxslər müşayiət edir.

Səfəri çərçivəsində Ərdoğan iyulun 19-da Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Görüşündə və İran Prezidentinin ev sahibliyi ilə Astanada fomatında keçiriləcək VII Üçtərəfli Zirvə toplantısında iştirak edəcək.

Həmçinin, Türkiyə lideri Rusiya prezidenti Vladimir Putinlə də görüşəcək.

www.yenicag.az

442
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv