!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan İrana səfərə yollanır

!Reklam – Yazi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 19-da İrana səfər edəcək.

Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, elə həmin gün Türkiyə Prezidenti Tehranda İran Prezidenti İbrahim Rəisi ilə görüşəcək.

Prezidentlərin görüşündə müştərək ticarət həcminin artırılması çərçivəsində yeni yol xəritəsi haqqında danışıqlar aparılacaq.

Danışıqlarda həmçinin terrorizm və qeyri-qanuni miqrasiya ilə mübarizə müzakirə olunacaq.

İki ölkəni maraqlandıran təhlükəsizlik məsələlərində həmrəyliyin artırılması istiqamətində atılan addımlar da müzakirə olunacaq.

www.yenicag.az

601
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv