!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan israilli həmkarı ilə telefonda danışdı

!Reklam – Yazi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrail Prezidenti İshak Hersoq arasında telefon danışığı baş tutub.

Yenicag.az xəbər verir ki, Nazirlər Kabineti toplantısına fasilə verən Ərdoğan telefon diplomatiyası həyata keçirib.

İsrailli həmkarı ilə telefonda danışan Ərdoğan insanların zərər görəcəyi hər addımın bölgədə yaşanan ağrı və şiddəti daha da artıracağını vurğulayaraq sağlam düşüncə ilə hərəkət etməyin zəruriliyini diqqətə çatdırıb, bölgədə ən qısa zamanda əmin-amanlığın bərqərar olmasının vacibliyini qeyd edib.

Prezident həmçinin Türkiyənin bölgədə narahatlıq doğuran münaqişələrə son qoyulması və daimi sülhün təmin edilməsi istiqamətində səylərini daha da artıracağını bildirib.

Qeyd edək ki, Ərdoğan Fələstin lideri Mahmud Abbas və Livan Baş naziri Məcid Mikati ilə də telefonda danışıb.

www.yenicag.az

262
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv