!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan-Paşinyan görüşündən GÖZLƏNTİLƏR: "Azərbaycan və Türkiyə istəyinə nail olacaq" - ŞƏRH

!Reklam – Yazi

“Zəngəzur dəhlizi açılacaq”.

Bu sözləri bu gün baş tutacaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş, iki ölkə arasında normallaşma olarsa, bunun bölgəyə təsirini şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, görüşdən mütləq nəticələr gözləmək sadəlövhlük olardı:

“Görüşlərin keçirilməsi vacibdir. Təmasların, görüşlərin olması irəliyə doğru atılmış bir addımdır. Ermənistan siyasətini də, onların nə istədiyini də yaxşı bilirik. Onların arxasındakı qüvvələrin də nə istədiyini bilirik. Ona görə də bu görüşdən konkret bir nəticə gözləmək sadəlövhlük olardı. Hadisələrin gedişini, reallığı Ərdoğanın Paşinyana başa salacağı gözlənilir. Türkiyə Prezideti proseslərə öz ağırlığını qoyacaq. Çünki uzun illərdir ki, Ermənistanın Türkiyəyə qarşı iddiaları da bitib qurtarmır. Hər halda Ermənistan xırda dövlətdir və Türkiyə kimi bir dövlətin qarşısında onların hansısa manevr imkanları olmayacaq.

Nəticə etibarı ilə,  Zəngəzur dəhlizi də açılacaq, Azərbaycan və Türkiyə istəyinə nail olacaq. Ancaq vaxt itir. Bu nə qədər tez baş versə, Ermənistan öz müstəqilliyini qoruyub saxlaya biləcək”.

Səxavət Məmməd

www.yenicag.az

302
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv