!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğanla Putin arasında telefon danışığı - Nələri müzakirə etdilər?

!Reklam – Yazi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələr müzakirə edilib.

Türkiyə Prezidenti Rusiya gübrəsinin və taxıl məhsullarının fasiləsiz ixracı üzərində işlərin davam etdirildiyini bildirib.

Ərdoğan daha müsbət irəliləyişlərə yol açmaq üçün gərginliyin azaldılması istiqamətində addımların atılmasının lazım olduğunu, Rusiyadan bu prosesi asanlaşdıracaq addımlar atmasının gözlənildiyini qeyd edib.

Rusiya Prezidentindən danışıqlara şans verilməsini istəyən Ərdoğan bu prosesdə yardımçı olmağa hazır olduqlarını qeyd edib.

***

15:03

Bu gün Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özü məlumat verib.

O bildirib ki, rusiyalı həmkarı ilə Ukraynadakı müharibəni müzakirə edəcəklər:

“Bu axşam Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışacağıq. Onunla mövcud gərginliyi dəyərləndirəcəyik”.

www.yenicag.az

515
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv