Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ərdoğan Qətərə getdi - Fotolar

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Körfəz ölkələrinə səfəri davam edir.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, prezident son olaraq Qətərə gəlib. Ərdoğanı Beynəlxalq Hamad hava limanında Qətər əmiri şeyx Təmim bin Hamad Al Sani, Türkiyənin Dohadakı səfiri Fikrət Özər və digər nümayəndələr qarşılayıb.

Məlumata görə, Ərdoğan öncə Qətər əmiri Al Sani ilə təkbətək görüşəcək, daha sonra Qətər Əmirlik Divanında prezidentin şərəfinə verilən ziyafətə qatılacaq. Ardından Türkiyə prezidenti Al Saninin atası Əmir Şeyx Hamad bin Xəlifə Al Sani ilə “Al Wajbah” sarayında görüşəcək.

Prezidentin səfəri bununla da başa çatacaq.

Yenicag.az

 

Loading...

www.yenicag.az

776
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100