!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ərdoğan Suriya siyasətində diqqəti əsas iki istiqamətə yönəldib və...” – ŞƏRH

!Reklam – Yazi

“Rusiya onu da anlayır ki, Türkiyənin siyasətinə və nəzərdə tutduğu hərbi əməliyyatlara qarşı çıxsa belə, bunun faydası olmayacaq”.

Bu fikirləri Türkiyənin Suriya siyasətində son həftələrdə müşahidə olunan korrektələri dəyərləndirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyənin bu addımları Ankaranın Suriya siyasətini şəraitə uyğun optimallaşdırmağa çalışdığını göstərir:

“Bəli, Türkiyənin Suriya ilə bağlı mövqeyində baş verən bu dəyişikliklər Ərdoğanın həmin siyasətini yeni və əvvəlkilərdən fərqli zolağa keçirdiyini nümayiş etdirir. Yəni Ərdoğan Suriya siyasətində diqqəti əsas iki istiqamətə yönəldib və çalışır ki, Əsəd hökuməti ilə təmasların bərpası ilə yanaşı, kürd terrorçu qruplaşmalarına qarşı hərbi kampaniyanı da uğurla başa çatdırsın.

Aydındır ki, bu siyasətin həyata keçirilməsi yönündə Türkiyə ABŞ və Rusiya ilə intensiv danışıqlar aparır. Rusiyanın indiki vəziyyətdə Türkiyənin bu cəhdlərinə qarşı çıxması imkan xaricindədir. Çünki Moskva tərəzinin bir gözünə Türkiyə ilə münasibətləri, digər gözünə isə Suriyadakı maraqlarını qoyduqda, üstünlüyü birinciyə vermək məcburiyyətində qalır.

Eyni zamanda Rusiya onu da anlayır ki, Türkiyənin siyasətinə və nəzərdə tutduğu hərbi əməliyyatlara qarşı çıxsa belə, bunun faydası olmayacaq. Həmçinin kürd terrorçu qruplaşmalarını dəstəkləyən ABŞ ilə bağlı vəziyyət də təqribən eynidir. Planlaşdırılan əməliyyatın uğurla nəticələnməsi isə Suriya siyasətini optimallaşdırma Ərdoğana seçiklər ərəfəsində əlavə xallar qazandıracaq”.

A.Zeynalov

www.yenicag.az

281
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv