!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan: “Suriyanı taleyin ümidinə buraxmayacağıq”

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə “Əsrin layihəsi” adlandırılan Avrasiya Tunelinin açılış mərasimindəkı çıxışında Rusiya səfirinin ötən gün Ankarada qətlə yetirilməsi və Suriyada cərəyan edən proseslərdən bəhs edib.

Yeniçağ.Az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdəki çıxışı zamanı son 14 ildə ölkədə həyata keçirilmiş mühüm layihələr haqqında ətraflı danışaraq müqayisələr aparıb.

Məlumata görə, R.T. Ərdoğan çıxışının sonunda Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun dünən Ankarada qətlə yetirilməsinə də toxunub. Türkiyə prezidenti bununla əlaqədar, A.Karlovun ailəsinə və Rusiya prezidenti Vladimir Putinə təkrar başsağlığı verib.

R.T. Ərdoğan Suriyada gedən proseslərdən danışaraq, bu ölkəni taleyin ümidinə buraxmayacaqlarını bəyan edib:
“Orada sabitliyin bərqərar edilməsi üçün gərəkən addımlar atılacaq. Xarici işlər nazirimiz də bu anlarda Moskvada Suriya məsələsini müzakirə edir”.

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

430
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv