!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan Təhlükəsizlik Şurasının iclasını keçirəcək

!Reklam – Yazi

Avqustun 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclası keçiriləcək.

Yenicag.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ankarada prezident iqamətgahında keçiriləcək görüşdə strateji, regional və milli təhlükəsizlik məsələlərinin, Türkiyə Silahlı Qüvvələrinin Şimali İraq və Suriyada həyata keçirdiyi antiterror əməliyyatlarının müzakirəsi planlaşdırılır.

İclasda, həmçinin PKK/KCK-PYD/YPG, FETÖ və İŞİD kimi terror təşkilatlarına qarşı əməliyyatlar çərçivəsində ölkə sərhədlərinin qorunması mövzusuna da toxunulması planlaşdırılır.

Bundan əlavə, Türkiyə Milli Təhlükəsizlik Şurasının üzvlərinin Rusiya-Ukrayna münaqişəsi mövzusunu müzakirə edəcəyi gözlənilir. Taxıl dəhlizi ətrafında vəziyyətin inkişafı, Türkiyənin sülhün bərqərar edilməsi, davamlı atəşkəs və humanitar yardım göstərilməsi istiqamətində səyləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

www.yenicag.az

276
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv