Ərdoğan Türkiyə və Azərbaycan arasındakı sazişi təsdiqlədi

Türkiyə və Azərbaycan hökumətləri arasında Mədəniyyət mərkəzlərinin qurulması, fəaliyyəti üzrə saziş təsdiqlənib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti müvafiq qərar imzalayıb.

“2018-ci il aprelin 25-də Ankarada “Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası arasında imzalanan Mədəniyyət Mərkəzlərinin Qurulması, İşi və Fəaliyyətlərinə dair Saziş”in təsdiqlənməsi uyğun görülüb.

Saziş imzalandığı gündən qüvvəyə minib.

COP29