!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan Türkiyəsinin türk dünyası üçün önəmi - Əli Hacı Ağaevlinin yazısı

!Reklam – Yazi

“HƏQİQƏTİ SÖYLƏMƏK ASANDIR,ONU BAŞA SALMAQ ÇƏTİN” – C.RUMİ

Bir zamanlar min iki yüz ilin axırıncı on illiyində qırx minlik qoşunla Osman Qazinin üçüncü oğlu Ərtoğrul Qazi bizanslıların Anadolu  torpaqlarında törətdikləri barbar hərəkətlərinə görə, Güney Azərbaycanın Muğan bölgəsindən Türkiyəyə köməyə gedərək bütün bölgələri işğalçılardan azad edib Əskişəhər yaxınlığındakı Söyüdlüdə Babasının şərəfinə Osmanlı (əslində, Atman – Oğuz ) dövlətinin əsasını qoymuşdur. O zaman bizanslılar tərəfindən Ana-bacılarımızın döşlərinin kəsilib,uşağların öldürülüb itlərə yem edilməsi Güney Oğuz türklərinin qəzəb və nifrətinə səbəb olmuş və qisas almaq üçün babalarımız Anadoluya yürüş etmişlər.

Daxili çəkişmələrə son qoyulmuş, daha geniş ərazilər Osmanlı dövlətinin tərkibinə qatılmış və nəticə etibarı ilə 530 il davam edən bir Dövlət tarixdə öz şərəfli yerini tapmışdır.

Xarici dövlətlərin, o cümlədən Fransa, İngiltərə və onlara dəstək verən digər ölkələrin dəstəyi ilə Misir qiyamından başlayan narazılıqlar ölkə daxilinə yeridildi və nəticədəöyük bir dövlətin dağılıb parçalanmasına və yerində indiki müasir Türkiyə Cümhuriyyətinin yaranmasına gətirib çıxartdı.

Bildiyimiz kimi, Avropanın bir çox dövlətlərində, başlıca isə İngiltərədə hökm sürən krallıq, monarxiyalı dövlət qurluşu qorunub saxlanılsa da, başqa dövlətlər üçün bu quruluş məqbul sayılmırdı. Bu dövlətlər qabaqcadan düşünülmüş proqramları ilə birgə ölkə içindəki satqınları da öz mübarizələrinə qatmaqla Türkiyədə fəaliyyətlərini qoruyub saxlaya bilirdilər.

Osmanlı Türkiyəsindən Atatürk Türkiyəsinə, demokratik dövlət qurluşuna da bu dövlətlər daim xəyanət etmiş, dövlətin inkişafını əngəlləmiş, öz siyasi və iyrənc niyyətlərinə nail olmaq üçün daim gizli mübarizələrini millətimizə və onun yeni yaradılan dövlətinə qarşı aparmışlar. Türkiyə Cümhuriyyəti yaransa da, bir hissəsində – Qarsda rus, şərq hissəsində  müstəqillik hegomonluğu, ayrı-ayrı bölgələrdə hakimiyyətsizlik qurulmaqda olan bir dövləti süquta yetirmək məqsədi daşıyırdı. Yalnız Atatürk və silahdaşlarının, Böyük Türk Millətimizin birlik və mübarizliyi Türkiyə Cümhuriyyətini yenidən parçalanmaqdan qoruya bildi.

Öz müstəqil siyasətini dünya siyasətçilərinə qəbul etdirən, idarəçilik sistemində Milləti və Dövləti önə vermək Atatürk ideologiyasının əsas şüarı olduğundan Türkiyə Cümhuriyyəti ayaq üstdə durmağı bacardı.

Atatürk hakimiyyətindən sonra xarici qüvvələr yenidən, öz yetişdirdikləri adamlar vasitəsilə Türkiyə Cümhuriyyətinin hakimiyyət orqanlarında yer tapa və möhkəmlənə bildilər. Uzun müddət Böyük Millət Məclisinin formalaşmasında, hökumətin yaranmasında və dövlət siyasətinin formalaşmasında Amerika, İngiltərə və Fransa öz iyrənc rollarını oynaya bildilər. Oyunu Ərdoğan pozdu. Bütün kin və nifrətlərinin səbəbi də budur. Təkcə Türkiyədə qərbin təkərinə çomaq soxmadı. Qafqazlarda, Afrikada, dünyanın dörd bir yanında özünü hamıdan üstün tutan beşliyə qarşı dik durdu. Əbdülhəmid kimi oyun içində oyunlar qurdu.

Ərdoğanın şansı Əbdülhəmiddən fərqli olaraq, onda gətirdi ki, Qafqazlarda onunla eyni qayəni paylaşan İlham Əliyev vardı və bu iki qardaş birlikdə Qarabağa imza ataraq dünyanın otuz ildən bəri ermənidə qalması üçün çaba göstərdiyi torpaqları geri aldılar. Rusiya, Avropa, ABŞ və Çin arasında balans quran Ərdoğanın uğuru da budur. Millətçilərin qızıl alması olanları bir-bir gerçəkləşdirir. Qazi Mustafa Kamalın partiyası ayrı siyasət izlərkən Atatürkün gələcək nəsillərə vəsiyyətlərini reallaşdırır.

Tək Atatürkün deyil, əcdadın da yolundan gedir. Fateh Sultan Mehmetin məscidə çevirdiyi Ayasofyanı bütün təzyiqlərə rəğmən, yenidən ibadətə açır. Həm də bunu edərkən daxildən və xaricdən hücumlara qalır. Dünyanın super gücləri açıq şəkildə onu devirmək istədiklərini elan edirlər. Buna cəhd edirlər. 15 iyul 2016-cı ildə olduğu kimi. FETÖ, PKK kimi terror örgütləri ilə onun ayağına dolanmaq istəyirlər. Fəqət Ərdoğan onların üzərinə basa-basa yüksəlir. Əlbəttə, Ərdoğan da fanidir və bir gün hər bəşər övladı kimi aramızdan köçəcək. Ancaq türk dünyasının güclü Türkiyəyə ehtiyacı var.

Güclü Türkiyənin bütün daşlarının yerinə oturması üçün də Ərdoğana ehtiyac var. Çünki gözü qara olmayanın, risk etməyə cəsarət etməyənin 20 ildə bu qədər yolu qət etməsi mümkün deyildi. Ərdoğanın etdikləri isə edəcəklərinin təminatıdır.

Əli Hacı Ağaevli

Hüquqi, İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin direktoru,
Dünya Azərbaycanlıları Konkresinin Avropa ölkələri üzrə koordinatoru,
Türkiyə Cümhuriyyəti Altun Ödül Mükafatı Laureatı

www.yenicag.az

535
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv