!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan və Əsəd Moskvada görüşəcək - KİV

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya prezidenti Bəşər Əsəd yaxın vaxtlarda Rusiyanın paytaxtında danışıqlar apara bilər.

Yenicag.az xəbər verir ki, bu barədə “Aydınlık” qəzeti məlumat yayıb. Görüşün Rusiya prezidenti Vladimir Putinin dəstəyi ilə keçirilə biləcəyi qeyd edilir.

Nəşrin məlumatına görə, görüşün yekun tarixi Rusiya prezidentinin Türkiyəyə səfəri zamanı razılaşdırılacaq.

“Tezliklə Putin Türkiyəyə gələcək, səfərin nəticələrinə əsasən bir gün təyin olunacaq və Moskvada Ərdoğanla Əsəd arasında görüş təşkil olunacaq”, – KİV yazıb.

Lakin Türkiyə rəhbərliyi hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib./unikal

www.yenicag.az

147
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv