!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan və İbrahim Rəisinin müzakirə etdikləri məsələlər açıqlandı - YENİLƏNDİ

!Reklam – Yazi

“İran rəsmiləri ilə hərbi, siyasi və regional məsələləri müzakirə etdik”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti İbrahim Rəisi ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

“Biz 30 milyard dollarlıq hədəfimizə çata bilmədik. Buna pandemiya mane oldu. Hazırda ticarət dövriyyəmiz 7,5 milyard dollar olub. Biz 30 milyard dollara yetişəcəyik. Müdafiə sənayesində bu hədəfə çatmaq mümkündür. Neft və təbii qaz sahəsində atacağımız addımlarla da bu hədəfə yetişmək mümkündür”, – Türkiyə lideri vurğulayıb.

 

*** 11:40

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti İbrahim Rəisi görüşüb.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunub.

Bildirilib ki, Ərdoğan və Rəisi Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 7-ci toplantısına həmsədrlik edəcək, burada ikitərəfli əlaqələrin bütün aspektləri və ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün potensial addımlar müzakirə olunacaq.

Türkiyə prezidentinin İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei ilə də görüşü gözlənilir. Ərdoğan və Rəisi daha sonra yeddinci Astana görüşü çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

İran və Türkiyə dövlət başçılarının Rusiya prezidenti ilə təkbətək görüşləri də gözlənilir.

www.yenicag.az

459
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv