!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan və Makron arasında telefon danışığı oldu - Nəyi müzakirə etdilər?

!Reklam – Yazi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Yenicag.az-ın xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Danışıq zamanı Türkiyə-Fransa münasibətlərinin yaxşılaşdırılması istiqamətində atılan addımlar və regional məsələlər, o cümlədən Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.

Ərdoğan Makronu yenidən Fransa prezidenti seçilməsi münasibətilə təbrik edib və seçki nəticələrinin bu ölkə üçün faydalı olmasını arzulayıb.

Prezident Ərdoğan Türkiyə olaraq Ukraynadakı müharibəni diplomatiya yolu ilə bitirmək üçün hər cür səy göstərdiklərini ifadə edərək, danışıqlar prosesinə dəstək vermənin vacib olduğunu bildirib.

www.yenicag.az

1695
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv