!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan və Makron görüşdü - Cənubi Qafqazdakı vəziyyət müzakirə edildi

!Reklam – Yazi

Brüsseldə NATO-ya üzv ölkələrin liderlərinin fövqəladə zirvə toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron arasında görüş baş tutub.

Tərəflər Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

“Makron bildirib ki, Fransa Minsk Qrupu çərçivəsində Azərbaycan və Ermənistan arasındakı böhranın siyasi həllini tapmaqda qərarlıdır.

Makron Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün göstərilən səylərdən məmnunluğunu ifadə edib”, – deyə açıqlamada deyilir.

Həmçinin qeyd edilib ki, tərəflər Ukraynadakı son hadisələri də müzakirə ediblər.

***

21:40

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron arasında görüş baş tutub.

İki lider arasında görüş NATO-nun qərargahında Alyansa üzv ölkələrin liderlərinin fövqəladə zirvə toplantısı çərçivəsində baş tutub.

Danışıqlar Şimali Atlantika Alyansının qərargahında mətbuata qapalı formatda keçirilib və 50 dəqiqə davam edib.

www.yenicag.az

522
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv