!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə və Rusiya dövlət başçıları bu məsələləri müzakirə etdi - YENİLƏNDİ

!Reklam – Yazi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Yenicag.az-ın yerli bürosuna Türkiyə Prezidentinin Administrasiyası yanında Kommunikasiya İdarəsindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı, Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşdırılması istiqamətində atılan addımlar və Rusiya-Ukrayna müharibəsi ilə bağlı yeniliklər müzakirə edilib.

Türkiyə Prezidenti telefon danışığı zamanı,Vladimir Putinə Qara Dəniz Taxıl Təşəbbüsünün genişləndirilməsi ilə bağlı müsbət münasibətinə görə təşəkkür edib.

Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukrayna arasındakı münaqişələrin danışıqlar yolu ilə tez bir zamanda sona çatdırılmasına önəm verdiklərini bildirib.

Rəcəb Tayyib Ərdoğan, Soçidə razılaşdırılan iqtisadi əməkdaşlıq əsasında yeni addımlar ata biləcəklərini də vurğulayıb.

16:55

***

Martın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidmətindən bildirilib.

İki ölkə liderləri Ukraynadakı durumu müzakirə ediblər.

 

www.yenicag.az

283
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv